“Türkiyənin əsas məqsədi ərazi iddiası deyil, Suriyada olan terroru yatırmaqdır”.
Bunu politoloq Elxan Şahinoğlu jurnalistlərə açıqlamasında bildirib.
“Mən Türkiyədə olarkən ekspertlərin fikirlərindən anladım ki, Türkiyənin bu əməliyata keçirməkdə heç bir dövlət dəstəkləmədi. Türk ekspertlərinin sözlərinə görə Türkiyəni bu əməliyyatı başladanda Pakistan və Azərbaycan dəstək olub. Tramp dünənki açıqlamasında bildirib ki, PKK İŞİD-dən də betərdir. O, tamamilə haqlıdır. Türkiyənin Suriyaya başlatdığı əməliyyatda Avropa Birliyinin fikirləri Türkiyə üçün heç qəti önəmli deyildi.Türkiyə üçün bu əməliyyata başlayanda ABŞ, Rusiya və NATO-nun fikirləri önəmliydi”.
Elxan Şahinoğlu bildirib ki, bu gün artıq əməliyatın 9-cu günüdür, amma Ərdoğan hələ də heç bir ərazini işğal etməyib.
“Çünki Türkiyə ərazi iddiasında deyildi. Rusiya və Əsəd ABŞ qoşunlarının Suriyadan çıxması idi ki, Türkiyə bunu bacardı”. (modern.az)