TRAMPIN MƏKTUBU NİYƏ SIZDIRILDI? –Ağ Evin 34 yaşlı siyasi müşavirinin Ankara görüşünə "sürprizi"... - ARAŞDIRMA

19-10-2019, 10:28   

Ergün Diler

“Takvim”, Türkiyə, 18 oktyabr 2019-cu il

 

Tramp tərəfindən yazıldığına inanılması çox çətin olan məktub hələ də gündəlikdədir. İfadələrini, xitab şəklini, nəzakətdən uzaq olmasını, diplomatik olmayan dilini, bir prezidentə yaraşmayan baxış bucağını analiz edəcək deyiləm.

ABŞ-da bu məktubu Trampın yazmadığına inanan çox adam var. Doğrusu, o sətirlərin Ağ Evdən çıxma ehtimalı zəifdir. Ancaq “Bəli, biz yolladıq” dedilər.

Yaxşı, bəs necə oldu? Məktub haradan çıxdı? Sanki qopan fırtına içində bu sualların cavablarına uzaq qaldıq.

Mayk Pens və Pompeonun gələcəyi məlum idi. Məncə, görüşlər və müzakirə edilən mövzular hesab ediləndən daha çox dərin və detallıdır.

Elə bu arada Prezident Ərdoğan“Penslə görüşəcəkmisiniz?” sualı yönəldildi. Onun qeyri-ixtiyari verdiyi cavabdan Pensi vitse-prezident Fuad Oktaya yönləndirdiyi anlaşıldı. Sonra da görüşün olacağı haqqında açıqlama verildi.

Öncə Pensin qəbul edilməsinin istənməməsi ABŞ-ın tutarsızlığına verilən anlamlı bir cavab idi. Öz daxillərində gedən mübarizə hər bir paytaxtın başını gicəlləndirib. Görünür, bu, kölgəsi Ankarayadək düşən bir mübarizədir.

Pensin Ərdoğan tərəfindən qəbul edilməməsi riski Vaşinqtonda həyəcana səbəb oldu. Rahib Branson məsələsində də gördük ki, Pens, çox vaxt Prezident Trampdan öndə yer ala bilən bir şəxsdir. Qadınlarla yalnız qalmağı və danışmağı sevmədiyi məlum olan ABŞ vitse-prezidenti ilə bağlı belə şərh verilməkdədir: “Mayk Pens yevangelist bir siyasətçidə görmək istədiyimiz keyfiyyətlərə malik olan, 24 ayarlı qızıl bir modeldir.”

Penslə görüşdən imtina olunması ehtimalını görən Ağ Ev həmən araya girdi. Elə bir şey edilməliydi ki, Ərdoğan “aşınsın”

Elə bu mərhələdə Ağ Evin ağıllı şəxsi dövrəyə girdi. Trampa məktubu sızdırmağı təklif etdi. Bu şəxsi tanıyırsınız. Xatırlayırsınızsa, onun haqqında daha öncə də yazmışdım. ABŞ Prezidenti Trampın ən etibar etdiyi şəxslərdən biri olan bu adam Ağ Evin siyasi müşaviridir. Ağ Evin dəhlizlərində Tillersonla mübarizə edə biləcək qədər güclü bir şəxsdir. Güman etmədiyiniz qədər dərin əlaqələri vardır. Ailəsi Rusiyadan köç etmişdir. Yəhudi olması onun üstünlüyü idi, sürətlə yüksəldi və bu gün Ağ evdə təsirli səslərdən biridir. Hələ 34 yaşda olmasına baxmayaraq, ABŞ “dərin dövlət”inə savaş açdı. Bir neçə gün öncə verdiyi açıqlamada, “”Dərin dövlət” geri döndü. Ancaq həmişə hazırlıqsız yaxaladığı şəxsləri bitirmə sahəsində mütəxəssis olan “dərin dövlət” Tramp kimi ağıllı və qorxusuz birini vurdu. Ukrayna əməliyyatı “dərin dövlət”in son həmləsi idi. Ardınca impiçment prosesinin başlaması da dərin strukturun Konqres və Senatdakı uzantılarını göstərir” demişdi. Sonra gənc adam davam edirdi: “ABŞ mediası tam olaraq “dərin dövlət”ə bağlıdır, onlar tərəfindən idarə edilir”.

Trampın siyasi müşavirini tanıyanlar da aşağıdakı analizi verirdilər…

Stiv Bennon və Con Bolton “dərin dövlət”in adamı olaraq Ağ Evə gəldilər. Zaman keçdikcə, bu gənc adam dərinliklərdə olan bu strukturu öyrəndi və Trampa çatdırdı. Xüsusilə “dərin iş adamları”nın siyahısı ələ keçirildi və onlar nəzarət altına alındı. Trampın cəsarəti bu gənc adamın ağlı ilə bir araya gəlincə, iplər “dərin dövlət”in əlindən çıxırdı, qopurdu.

Pensin qəbul edilməməsi, Ankaradan əliboş dönməsi ehtimalına qarşı Tramp və məsləhətçisi baş-başa verib bu addımı atdılar. Bu məsləhətçinin adı Stefan Millerdir.

Miller sürətlə hərəkət etdi. Onların kanalı “Fox”dur. O, Fox Businessin yaxşı tanıdığı müxbiri Triş Riqanı çağırdı. Etməli olduğu işləri anlatdı. Və sızıntı reallaşdı. Ağ Ev də sızıntının ardınca “Bəli, bu məktub bizim tərəfimizdən yollandı” deyərək, üzərində “Xeyr, bu, dəlilikdir” yazılan rəyi həqiqətə çevirdi.

Məktubun 09 oktyabrda yazılması Trampın “Baxın, mən Ərdoğana dəstək vermirəm. Suriyaya müdaxiləyə razılıq vermirəm” mesajı olaraq oxunurdu.

Məktubu zibil qutusuna atan Beştəpə (TC Prezident sarayı – tərc.) isə bu sızıntıya birbaşa bölgədə cavab verirdi. Əsgər Suriyaya girir, böyük bir gurultu ilə gedirdi…

Hər kəs kimi, Tramp da, Pens də bölgədə Türkiyəsiz bir həllin mümkün olmayacağını çox yaxşı bilməkdədirlər. Baxaq görək, Trampın “A komandası”nın Ankaraya etdiyi bu tarixi səfərdən sonra nələr olacaq? Ya bir ortaq məxrəc yaranacaq, ya da olanlar belə kənara atılacaq. Çox gözləmədən görəcəyik…

Tərcümə Strateq.az-ındır

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.