“Papa Cinema”da dostu onu sevgilisinə görə bıçaqlayıb! - ŞOK AÇIQLAMA

21-10-2019, 16:14   


“Papa Cinema”da dostu onu sevgilisinə görə bıçaqlayıb! - ŞOK AÇIQLAMA

Biznesmen və BDU-nun Hüquq fakültəsinin müəllimi Ərəstun Qasımovun oğlu Əliyarın bıçaqlanması xəbəri ilə bağlı ailənin vəkili açıqlama verib.

Cebhe.info xəbər verir ki, vəkil İlqar Rüstəmov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bundan öncə yayımlanan yazıda bəzi məlumatlar yanlış qeyd olunub. Vəkil bildirib ki, bu işdə bir yox, iki zərərçəkmiş var. Belə ki, digər şəxs Sabir Tarverdiyevdir.

İ.Rüstəmov müvəkkili və atasının qalmaqallı “26-lar” kafesinin sahibi olmasını da təkzib edib: ““26”lar kafesinin nə Əliyar Qasımova, nə də atası Ərəstun Qasımova aidiyyatı var. İkincisi, adam xaricdə də gedib bahalı maşınların yanında şəkil çəkdirə bilər. Bu o deməkdir ki, həmin maşınlar onundur? Onun iki “Galendewagen”inin olduğu yazılıb, bu yalandır, Əliyarın yalnız bir “Galendewagen”i var”. 

Vəkil hazırda məhkəmədə araşdırılan hadisənin necə baş verdiyindən danışıb: 

“Əliyar, Sabir və Tural uşaqlıqdan dost olublar, sinif yoldaşıdırlar. Əliyar evlidir, 3 uşağı da var. Onun dediyinə görə, Tural son zamanlar narkotik aludəçisinə çevrilibmiş. Dəfələrlə narkotik qəbul edərək onların yanına gəlib və ağlasığmaz sözlər danışırmış. Son iki ay ərzində isə Tural bir neçə dəfə Əliyara deyib ki, sən mənim sevgilimlə münasibətdə olmusan. Əliyar da belə bir şey olmadığını, ona ağlını başına yığmasını deyib. Hadisə günü də Əliyar Sabirlə “Papa Cinema” adlı klubda olarkən Tural ora gəlib və yenə də Əliyara deyib ki, “sən mənim sevgilimə “padxod” eləmisən”. 

Bu vaxt Əliyar balalarının canına and içir, and-aman edir ki, elə şey olmayıb. Tural isə dediyindən əl çəkməyib, bu vaxt Əliyar “sən nə şəxsiyyətsiz adamsan, əl çək də daha” deyib və dava düşüb. Tural Əliyara 3 bıçaq zərbəsi vurub. Onlardan biri ürək, biri çiyin nahiyəsindən dəyib. Üçüncü zərbəni vuranda Əliyar əlini qabağa atıb və zərbə əlinə dəyib. Buna görə hazırda iki barmağı fəaliyyətini itirib. Ürək nahiyəsindən dəyən zərbəyə görə isə iki dəfə əməliyyat keçirib və uzun müddət komada olub. Sabir isə ayağından bıçaq zərbəsi alıb. Təqsirləndirilən Tural Məmmədov da ötən məhkəmə iclasında dedi ki, əməlindən peşman deyil, üzr istəməyəcək”.

Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Cebhe.info


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.