Hindistandakı bir kollecdə, kimya imtahanında şagirdlərin bir-birindən köçürməməsi üçün başlarına karton keçirilib.
"BBC” xəbər verir ki, Karnatakadakı universitet kollecinin direktoru M. B. Satiş deyib ki, guya bu, şagirdlərin öz razılığı ilə, heç bir məcburiyyət olmadan edilib.
Amma onun iddiası təkzib olunub.
Fotolar sosial mediada paylaşıldıqdan sonra rəsmilər məsələyə müdaxilə edib. Onların bu təcrübəsi qeyri-insani rəftar kimi səciyyələndirilib.
Cebhe.info