Ərdoğan İrana OD PÜSKÜRDÜ: Başda Ruhani olmaqla...

22-10-2019, 14:10   
 

“Təəssüf ki, İrandan çatlaq səsləri gəlir”.
Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Soçi səfərindən əvvəl Əsənboğa hava limanında jurnalistlərə açıqlama verən prezident Suriyanın şimalında təşkil olunan “Sülh çeşməsi” ilə bağlı danışıb. Ərdoğan İranın hərəkatla bağlı verdiyi açıqlamalara sərt reaksiya göstərib.
"İrandan gələn bəzi açıqlamalar məndə ciddi mənada kədərə səbəb olub. İran qısa müddət 15-20 il əvvələ qədər keçmişinə qayıtsa, görəcək ki, nüvə başlıqlı silahlar məsələsində Ərdoğanın İran ilə bağlı sərgilədiyi mövqeləri bütün dünya bilir. İrandan təəssüf ki, bəzi çatlaq səsləri gəlir. Cənab Ruhanidən deyil. Bunları başda cənab Ruhani olmaqla, susdurmaları lazım idi. Bu, mən daxil, mənim iş yoldaşlarımı ciddi anlamda narahat edir. Biz Soçi razılaşmasının 3 tərəf ölkəsiyik. Bir-birinə bu şəkildə xəyanət edilərmi? Bu, yanlışdır. Bu proseslə bağlı olaraq onları ciddi mənada qınayıram”, - Ərdoğan deyib.
Qeyd edək ki, rəsmi Tehran “Sülh çeşməsi”nin başladığı gündən bəri hərəkata qarşı təxribat xarakterli yazılar dərc edir və açıqlamalar verir.
Son açıqlama ötən gün İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyid Abbas Musəvi tərəfindən verilmişdi: “Türkiyənin təhlükəsizlik qayğılarını anlayırıq. Amma Ankaranın Suriyada hərbi müşahidə məntəqələri qurmasına qarşıyıq. Bu məsələlər diplomatik qaydada həll olunmalıdır. Suriyanın ərazi bütövlüyünə hörmət edilməlidir”.
Zümrüd
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.