Siyavuş Novruzovdan TƏNQİD: “…kimisə öldürürlər, kimisə qəbirdə gizlədirlər…”

22-10-2019, 14:21   

“Əvvəllər hər hansı intihar hadisəsi olanda müxalifət iqtidarın üzərinə atırdı ki, ehtiyacdan intihar edib. Sonra məlum olurdu ki, həmin insanın maddi ehtyacı olmayıb. Statistikaya baxsaq, Skandinaviyada intihar Əfqanıstandan daha çoxdur”.
Bunu Milli Məclisin iclasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov televiziyalarda yayımlanan serialları da tənqid edərək bildirib ki, bəzi verilişlərdə zorakılıq təbliğ olunur:
“Seriallarda kimisə öldürürlər, kimisə qəbirdə gizlədirlər… Azərbaycanda türkçülük, qafqazçılıq, avropaçılıq var. Bu məsələnin üzərində alimlərimiz işləməlidirlər. Bir rayonda bir seriala baxırlar, başlayırlar dəyişib serialdakı kimi danışmağa. Televizyialarda bədii şuralar yaradıldı. Bir çoxlarının beynindən sovet dövründəki kimi Bədii Şura keçirdi ki, kiməsə efirə çıxmağa icazə verməyəcəklər. Düşünmədilər ki, artıq sosial təbəqələr var, burada icazə verməyəcəksən, sosial şəbəkədə verəcəklər. Əsas maarifləndirmə olmalı, maarifləndinmə işləri aparılmalıdır”. (modern.az)

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.