ADDIM-ADDIM ADANA SAZİŞİNƏ DOĞRU:Ərdoğanın Rusiyaya son səfəri 10 bəndlik razılaşma ilə nəticələnib

23-10-2019, 14:16   

Maksim Suçkov

“Əl-Monitor”, 22.10.2019

 

Rusiya prezidenti Vladimir Putin oktyabrın 22-də türkiyəli vəzifədaşı Rəcəb Tayyib Ərdoğanı Qara dəniz sahilində, Soçi kurortundakı Boçarov Ruçey adlı yay iqamətgahında qəbul edib. Bu, onların 2019-da səkkizinci görüşdür. Ərdoğan bu il Rusiyaya 4 dəfə səfər edib: 23 yanvar və 8 apreldə işgüzar ziyarət, 14 fevral Astana üçlüyünün zirvəsi və avqustun 27-də MARKS aviaşousu. Putin 2019-cu ildə Türkiyəyə yalnız bir dəfə gedib. Sentyabrın 16-da Putin daha bir Astana sammitində iştirak edib. Cütlük 29 iyunda Osakadakı G-20 sammitində, həmçinin 15 iyunda Düşənbədə görüşüb.

2018-ci ildə iki prezidentin 7 görüşü olub. Putin üç dəfə Türkiyəyə, Ərdoğan isə bir dəfə Rusiyaya səfər edib. Digər üç görüş Yohannesburqdakı BRICS sammitində, Tehranda Astana qrupunun iclasında və G-20-nin Buenos-Ayresdəki görüşündə baş tutub.

Putin və Ərdoğan rəsmiyyəti kənara qoyub və qısa mübadilədən sonra Putinin “işgüzar və səmimi” olaraq səciyyələndirdiyi məqama yetişiblər. İki lider yeganə tərcüməçi vasitəsi ilə təkbətək danışıqlar aparıb, heyətin bəzi üzvləri qısa məsləhətləşmələr üçün otağa çağırılıblar.

Söhbət Türkiyədən getdikdə, Rusiyanın siyasi ticarət nişanı Suriyadakı hər hansı bir təşəbbüsü, danışıqlar mövqeyini daha geniş ikitərəfli inkişafa bağlamaqdır. Sonuncu dəfə Putin Ankarada olanda, Rusiya əvvəlcə 2020-ci ilin yazına planlaşdırılan “S-400” tədarükünü sürətləndirib. Ancaq son zamanlar Putin və Ərdoğan Suriyaya diqqət edərkən, hərbi-texniki sahədə əməkdaşlığın artırılması perspektivlərini müzakirə ediblər. Həmçinin, ikitərəfli ticarəti artırmanı və milli valyutalarda ödənişlərə keçidi. Türkiyə Rusiya turistlərinin ölkəyə axınını artırmaq üçün Rusiyanın ödəmə sistemini, ya da kredit kartlarına alternativ olan “Mir”i qəbul etməyə razılıq verib.

6 saatdan çox davam edən danışıqlar Ərdoğanın Suriya münaqişəsində “yeni bir mərhələ”, sülh üçün hazırlanmış mərhələ olaraq qəbul etdiyi razılaşma ilə nəticələnib. 10 bəndlik ortaq memorandum həm rusların, həm də türklərin Ankaranın təcavüzündən bəri başqalarına yönəltdikləri həssas mövzuları əhatə edir.

Xüsusilə, Rusiya Türkiyənin “Suriyanın ərazi bütövlüyünə” və ölkənin “siyasi birliyinə” hörmətini təmin edib. Türkiyə də Suriya Konstitusiya Komitəsini ölkədəki siyasi prosesin açar mexanizmi olaraq tanıyıb. Komitə gələn həftə Cenevrədə rəsmi olaraq fəaliyyətə başlayacaq.

Ərdoğan Putinə Türkiyənin hərbi əməliyyatı haqqında ətraflı məlumat verdiyini söyləyib (Kreml, Türkiyə-Amerika razılaşmalarını da buna əlavə edib). O, Putinə “Sülh çeşməsi” əməliyyatının Suriyanı uzun müddətli işğalı olmadığını bildirib. Lakin Putin üçün ən başlıcası, müqavilənin 4-cü bəndində göstərildiyi kimi, Adana anlaşmasının vacibliyini və Rusiyanın prosesin asanlaşdırılmasında üstünlüyünün tanınması idi. Bu, hələ də Adana anlaşmasının Suriya-Türkiyə yaxınlaşması üçün əsas olmasının etirafı olmaya bilər, amma Moskvanın istədiyi kimi, həyati bir addımdır.

Türkiyə, öz növbəsində, Rusiyanın YPG ilə əlaqəli əməliyyatın qanuni təhlükəsizlik olaraq qəbul etməsini təmin edib. Moskva Türkiyənin əməliyyatdakı qazanclarına etiraz etməyib və eyni zamanda, əməliyyatın yaratdığı status-kvonun qorunmasına razılaşıb. Bu həm Türkiyənin maraqlarına, həm də Ərdoğanın hücumda şəxsi sərmayəsinə hörmət əlaməti olaraq göstərilməli idi.

Beləliklə, Türkiyə Suriyada irəliləməməsini və münaqişəni həll etmək üçün uzunmüddətli hərbi mövcudluğunu təmin edib.

Beşinci bənddə deyilir ki, oktyabrın 23-dən başlayaraq, Rusiya hərbi polisi və Suriya sərhəd gözətçiləri YPG qüvvələrinin 30 km geri çəkilməsini asanlaşdırmaq üçün əməliyyat zonasından kənarda, sərhədin Suriya tərəfinə yerləşdiriləcək. Sonra Rusiya-Türkiyə ortaq bölmələri, Suriya ordusunun nəzarətində olan Qamışlı istisna olmaqla, əməliyyat zonasının qərb və şərqindəki 10 kilometrlik ərazində patrul xidmətini həyata keçirəcək. Bütün YPG qüvvələri Mənbicdən və Tel Rifaatdan çıxmalıdır.

Bu prinsiplər, Adana razılaşmasının ruhuna çox uyğundur. Moskva bu vəziyyəti əlverişli hesab edir, ən azından indiki zaman üçün.

Rusiya hərbi polisinin yerləşdirməsi Suriyadakı münaqişələrin idarə edilməsinin ticarət nişanı olub. Söhbət İsrail ilə İran, İran milisləri, sünni müxalif qrupları ilə indi YPG və türklər arasındakı münasibətlərdən getdikdə, “Hər hansı naqolaylıqda hərbi polis yerləşdirin”, – deyə zarafat etmək olar.

Burada əsas məsələ kürd qüvvələrinin çıxarılması ilə bağlı, bir tərəfdən, Rusiya ilə Dəməşq, digər tərəfdən, kürd qüvvələri arasında razılaşdırmadır. Sonuncular son zamanlar nədənsə Xmeymim aviabazasında tez-tez olurlar.

Rusiya YPG-ni terrorçu kimi tanımaqdan çəkinib. Bu mənada, ikinci məqam Rusiya və Türkiyənin “terrorizmlə hər cür formada və təzahürdə mübarizə” və “Suriya ərazisindəki separatçı niyyətlərə qarşı çıxmaq” mövzusunda qarşılıqlı bağlılığını izah etmək məqsədi daşıyır. Sonuncu məqam Moskvanın marağına uyğundur. Suriya üçün bütövlük Dəməşqin dəstəklədiyi “qırmızı xət”dir. Məsələ təhdid meydana gəldiyi təqdirdə, Ankara və Moskvanın bunu uyğun şəkildə şərh etməsidir.

7-ci bənddə Rusiya və Türkiyənin “terror ünsürlərinin hər hansı bir infiltrasiyasının qarşısını almağa” dair öhdəliyi qeyd olunur. Bu, hər bir tərəfin öz siyasi və təhlükəsizlik hüququ ilə şərh edə biləcəyi bir şeydir. Baxmayaraq ki, Türkiyənin kürd qüvvələrini sıradan çıxarmaq niyyəti var. Bəyanatın öz versiyasında, Rusiya, rus dilində “kürd özünümüdafiə dəstələri” mənasını verən KOS ixtisdarından istifadə edib.

“Terror təhlükəsinin və bölgədəki etnik gərginliyin artması ilə əlaqədar Türkiyə tərəfinin narahatlığını bölüşürük. İnanırıq ki, bu ziddiyyətlər və separatçı əhval-ruhiyyələr xaricdən alovlanır”, – deyə Putin ABŞ-a eyham vurub.

Maraqlıdır ki, tərəflər İdliblə bağlı razılığa gələ bilərdi, amma Ərdoğan mətbuat konfransı zamanı gündəm məsələsi olaraq İdlibi qeyd etsə də, ortaq açıqlamada bu məsələ yoxdur. Belə bir razılıq əldə edilibsə, yaxın bir neçə gündə Moskva və Ankaranın hərəkətlərindən aydın ola bilər.

“Bu razılaşma sayəsində Suriya ərazilərində hər hansı bir separatçı təşkilatın yaranmasına imkan verməyəcəyik”, deyən Ərdoğan əlavə edib: “Türkiyə və Rusiya buna icazə verməyəcək. Sabahdan etibarən layihəmizi həyata keçirəcəyik”.

Tərcümə: Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.