PKK lideri Abdullah Öcalanın “mənəvi oğlum” adlandırdığı Suriya Demokratik Qüvvələrinin komandiri “Məzlum Kobani” kod adlı Fərhad Abdi Şahin Rusiya Müdafiə naziri Sergey Şoyqu və baş qərargah rəisi Valeri Gerasimov ilə telekonfransa qatılıb.
Görüş Soçi memorandumunun imzalanmasından sonra həyata keçirilib.
Telekonfransın görüntülərini “Russian Today” (RT) yayımlayıb.
YPG-li terrorçu Rusiya bayrağının önündə dayanaraq söhbət edib.
Qeyd edək ki, Fərhad Abdi Şahin Türkiyənin qırmızı axtarış siyahısında yer alır.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Məzlum Kobaniyə xidmətlərinə görə təşəkkür etmişdi. (publika.az)