Ləğv edilməsi və ya birləşdirilməsi gözlənilən nazirliklər – SİYAHI

24-10-2019, 15:46   

Prezident İlham Əliyev 23 oktyabrda bir sıra nazirliklərdə və qurumlarda ciddi struktur islahatı həyata keçirib.
Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib.
İslahatların davam edəcəyi, bir sıra komitə və nəhəng qurumların birləşdirilməsi və ya ləğv edilməsi gözlənilir.
İddialara görə, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ləğv edilək və Kənd Təsərrüfatı Nazirliyinə birləşdiriləcək.
Bundan başqa, Maliyyə Nazirliyinin ləğv edilərək Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə birləşdiriləcəyi ehtimal edilir.
Daha bir iddia isə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) ləğv edilməsi ilə bağlıdır. Belə ki, AZAL-ın özəllişdirilməyə çıxarılacağı iddia olunur.

İddialardan əlavə ekspertlər bəzi qurumların birləşdirilməsini də təklif edirlər.
Dövlət Sosial Müdafiə Fondununun ya Maliyyə Nazirliyinin tərkibinə, ya da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibinə birləşdirilməsi təklif olunur. Neft Fondunun ləğv edilərək onun aktivlərinin Mərkəzi Banka tabe edilməsi də təkliflər arasındadır.
Diasporla İş üzrə Dövlət Komitəsininin də Xarici İşlər Nazirliyinə verilməsinin daha məqsədəuyğun ola biləcəyi fikrini səsləndirənlər də var.
Fövqəladə Hallar Nazirliyinin ləğv edilərək Dövlət Xidmətinə çevrilməsi, Energetika Nazirliyi və Dövlət Gömrük Komitəsinin isə İqtisadiyyat Nazirliyinə birləşdirilməsi də versiyalar arasındadır.
Son olaraq Müdafiə Sənaye Nazirliyi ilə Müdafiə Nazirliyinin birləşdirilməsi də təklif olunur. (baku.ws)

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.