Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov istefa verməsi barədə son günlər yayılmış məlumatlara münasibət bildirib.Report-un məlumatına görə, baş bankir keçirdiyi mətbuat konfrasında vəzifəsində qaldığını deyib.
“Mən bu gün AMB-nin sədri kimi sizin qarşınızda çıxış edirəm. Jurnalistlərdən xahiş edirəm ki, ancaq rəsmi mənbələrə inansınlar”, - o qeyd edib.