Misir Prezidenti Əbdül Fəttah əs-Sisi Soçidə keçirilən beynəlxalq forumda Rusiya prezidenti Vladimir Putinə dəstək olub.
Putinin sözlərinə görə, əs-Sisi forum zamanı Putinə işlərində kömək edib. Bunun qarşılığında Putin əs-Sisiyə təşəkkür edib və zarafatla maaşının yarısını ona verəcəyini deyib: “Maaşımın yarısını gərək sizə verim. Çünki etdikləriniz əslində mənim vəzifələrim idi”.
Maraqlıdır, dünya ölkələrinin Prezident və Baş nazirlərinin maaşı nə qədərdir?
Cebhe.info xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin hazırda aylıq 11 288 dollar (720.7 min rubl) maaş alır.
ABŞ Prezidenti Donald Trampa illik 400 min dollar maaş təyin olunub. Lakin Tramp öz maaşından imtina etdiyi üçün hazırda pul almır.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın aylıq maaşı 10 229 dollardır (59 min lirə).
Sinqapurun Baş naziri Li Syanlunun maaşı 134 166 dollardır (illik - $ 1 610 000).
Honq-Konqun ilk qadın lideri Kerri Lam 47 366 dollar ( illik - $ 568 400) alır.
İsveçrə Konfederasiyasının Prezidenti Uli Maurerə bu vəzifənin icrasına görə 40 246 dollar (illik- $ 482 958) ödənilir.
Fransa Prezidenti Emanuel Makron isə 13 086 dollar (illik - $ 157 043) maaş alır.
Fransanın Baş naziri Eduard Filip prezidentdən daha az - 18 375 dollar (illik - $ 220 505) alır.
Avstraliyanın Baş naziri Skott Morrisona ödənilən məbləğ 31 534 dollar (illik - $ 378 415) olur.
Almaniya Kansleri Angela Merkel 30 810 dollar (illik - $ 369 727) alır.
Yeni Zellandiyanın Baş naziri Casinda Ardernə ödənilən məbləğin həcmi 28 321 dollardır (illik - $ 338 863).
Mavritaniya Prezidenti Məhəmməd Əbdül Əzizin aylıq maaşı 27 500 dollar olur (illik - $ 330 000).
Avstriya Kansleri Sebastian Kurtz 27 382 dollarla kifayətlənməli olur (illik - $ 328 584).
Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa 22 789 dollar alır (illik - $ 273 473).
Kanadanın Baş naziri Castin Trüdonun aylıq maaşı 22 252 dollar olur (illik - $ 267 041).
Lixtenşteyn Knyazlığının Baş naziri Adrian Haslerə 21 221 dollar verilir (illik - $ 254 660).
Danimarkanın Baş naziri Lars Rasmussenə ödənilən məbləğ 20 814 (illik - $ 249 774) dollardır.
İsveçin Baş naziri Stefan Löfvenə 20 384 dollar (illik - $ 244 615) ödənilir.
İslandiyanın Baş naziri Katrin Yakobsdouttir isə 20 218 dollar (illik - $ 242,619) maaş alır.
Qvatemala Respublikasının Prezidenti Cimmi Moralesə ödənilən məbləğ 18 924 dollardır (illik - $ 227 099).
İsveçrə Prezidenti Alen Berseyə 40 246 dollar (illik - $482 958) ödənilir.
Qeyd edək ki, Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyev 2005-ci ildən maaşının artırılmasını dayandırıb. Prezident 16 ildir ki, eyni - 15 min manat (8 823 dollar) maaş alır. Prezidentin qərarı ilə maaşının minimum əməkhaqqının 600 misli qədər olması müddəası Seçki Məcəlləsindən çıxarılıb. Bu qərardan sonra minimum əməkhaqqı nə qədər artırılsa da, Prezidentin maaşı stabil qalıb.
Baş nazirin maaşı isə 2 460 manatdır.
Səyad Həsənli
Cebhe.info