Rusiyanın Zabaykal diyarında hərbi hissədə əsgərləri güllələyən hərbçinin şəxsiyyəti müəyyənləşib. Rusiya KİV-i xəbər verir ki, cinayəti 20 yaşlı əsgər Ramil Şamsutdinov törədib. 8 hərbçini öldürüb, 2-ni yaralayan Ramilin hadisəni şəxsi problemlər fonunda əsəb sisteminin pozulması nəticəsində törətdiyi bildirilmişdi.
Digər məlumata görə isə, Şamsutdinov əsgər yoldaşlarını qeyri-qanuni münasibətlər səbəbindən güllələyib. O, polisə ifadəsində əməlindən peşman olmadığını deyib.