Qanunda “avtoxuliqan” anlayışı konkretləşir: “Qonka”, “iki təkər”, “zmeyka”

2-02-2021, 08:59   


  •  
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir
İnzibati Xətalar Məcəlləsində avtoxuliqanlıq xətasının anlayışı geniş nəzərdə tutulduğu üçün təcrübədə çətinliklərə, xüsusilə də hüquq-mühafizə orqanları və sürücülər arasında fərqli şərhlərə səbəb olur.
Hazırda qüvvədə olan müddəaya əsasən, avtoxuliqanlıq - nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər hesab edilir.
Avtoxuliqanlıq xətasının törədilmə üsulları dəqiq müəyyən edilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Dəyişikliyə əsasən, sürücü aşağıdakı əməlləri törətdikdə avtoxuliqanlıq etmiş sayılır:
- aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı həyata keçirdikdə; (“qonka”)
- avtomobili və ya motosikli bir və ya daha çox təkərini yolun səthindən qaldırmaqla idarə etdikdə; (“iki təkər”)
- avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxardıqda və ya yolun səthində çoxsaylı təkər izlərini buraxdıqda (“zmeyka”).
Layihəyə əsasən, yol-nəqliyyat hadisəsinin qarşısını almaq məqsədilə mexaniki nəqliyyat vasitəsini sərt tormozlamaq nəticəsində sürtünmə səslərinin çıxarılması və ya təkər izlərinin buraxılması halları istisna edilir.
Bu əməllərə görə cəzalara gəlincə, sürət yarışının keçirilməsi yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla, 2 000 manatdan 4 000 manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 aydan 2 ayadək müddətə inzibati həbs tətbiq olunur.
Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar