Abşeronda quldurluq – Sahibkara zülm edirlər

22-02-2021, 11:07   


İndiki vaxtda belə bir hadisə necə baş verə bilər? Yəqin ki, başlıqdakı yazı çoxunuzu heyrətləndirdi.
Nədən ki, hazırda dövlət, ölkə rəhbərliyi səviyyəsində sahibkarlara ciddi dəstək verilir. Məmurlara bununla bağlı çağırışlar edilir.
Amma sən demə, hələ də sahibkarlara mane olan, necə deyərlər, nəfəs almağa inkan verməyən, iş adamlarına “Lenin” kimi yanaşan, onlara “dolanışıq yeri” kimi baxan  məmurlar var.
İnanın, var!
Neçə-neçə icra başçısı həbs edildi, neçə-neçə məmur “qara iş”inə görə həbsxanaya göndərildi, geridə qalanlara dərs olmur ki, olmur…
Çox da uzatmayaq…
Keçək mətləbə. Bu günlərdə redaksiyamıza müraciət edən sahibkar Baycan Abdullazadənin Masazırda Məhəmməd Əmin Rəsulzadə küçəsində üzləşdiyi problemi diqqətə çatdırırıq.
O, “Azərişıq”ın Abşeron rayonun idarəsinin rəhbəri Şahin Qədimli, istismar şöbəsinin rəisi Tahir Salahov və baş mühəndis İbiş Mehtiyevin qanunsuz əməllərindən şikayət edib.
O “Azərişıq” ki, elə işıq sürətilə işğaldan azad edilmiş bölgələri işıqlandırır. Düşməni heyrətləndirir.
Amma nə yazıq ki, Xırdalanda bu qurumun işini həyata keçirən məmurlar “qara əməl”ləri ilə özümüzü “heyrətləndirir”.
“Azərişıq”ın Abşeron rayonunun rəhbəri Şahin Qədimli, istismar şöbəsinin rəisi Tahir Salahov və baş mühəndis İbiş Mehtiyev kimilər…
B.Abdullzadə iddia edir ki, bununla üçüncü dəfədir ki, heç bir xəbərdarlıq etmədən hər dəfə də altıncı gün işin sonu oğru kimi bu qurumun işçiləri divardan içəri atılırlar. Elektrik xətlərini doğrayıb qaçırlar.
Bundan sonra sahibkar işığın kəsilmə səbəbini araşdırmağa başlayır. Hər dəfə də görürlər ki, kimsə naqilləri doğrayıb. İşıq idarəsindən kimlə əlaqə saxlayırlar, “xəbərim yoxdur” cavabını alırlar.
Yerli montyorlara əlaqə saxlayırlar. Məlum olur ki, bu göstərişi ya Tahir Salahov ya da İbiş Mehtiyev verib.
Onların qəbuluna düşmək isə müşkül olur. Şənbə, bazar iş günü olmadığından ümid qalır bazar ertəsinə.
Montyorlara da adlarını çəkdiyimiz məsul şəxslər göstəriş verirlər ki, naqqilləri qoşmayın. Heç bir səbəb göstərmədən bu şəkildə qanunsuzluq edirlər.
Sahibkar bildirir ki, bundan öncə iki dəfə belə hal olub. Hər dəfə yalvarıb, minnət edib birtəhər işığı qoşdurublar.
Amma kəsilmə səbəbi göstərilmir. Heç bir borc olmaya-olmaya  2-3 gün işıqsız qalırlar.
Bu, üçüncü dəfədir.
İndi sahibkar aidiyyatı qurumlardan kömək istəyir.
P.S. Yəqin ki, aidiyyati qurumlar qanunsuzluğa yol verən məmurları layiq olduqları yerə yollayacaqlar.
http://reportyor.info/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar