Moskvada Azərbaycan restoranına hücum işi ilə bağlı Ermənistan əsilli yeddi nəfər həbs edilib

25-02-2021, 14:19   


Açiq mənbələrdən foto.


2020-ci ilin iyulunda iki ölkə sərhədində hərbi əməliyyatların gücləndiyi dövrdə Moskvada “1001 gecə” Azərbaycan restoranına hücumdan sonra saxlanılan Ermənistan əsilli yeddi nəfər iki il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Moskvanın Nikulin rayon məhkəməsi 2020-ci ilin iyulunda “1001 gecə” Azərbaycan restoranına hücumda iştirak etmiş yeddi erməni barəsində hökmü elan edib. Onlar hamısı xuliqanlıqda təqsirli biliniblər və cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə, iki il müddətinə azadlıqdan məhrum ediliblər. Bu barədə “Kavkazskiy uzel” “Kommersant”a istinadla məlumat yayıb.
İstintaqın məlumatına görə, Artak və Seyran Nikoyan, Armen və Arsen Apriyan, Arqişt və Nareq Petrosyan və Razmiq Saakyan 2020-ci il iyulun 24-də bıçaq və toxmaqlarla silahlanaraq Marinoda yerləşən “1001 gecə” restoranına daxil olublar və məkanı talan etməyə başlayıblar. Onları dayandırmağa çalışan mühafizəçi xəsarət alıb. Hücum beş dəqiqəyə yaxın davam edib, bundan sonra həmin şəxslər qaçıblar. Hadisə müşahidə kamerasında əksini tapıb, bunun sayəsində hücum edən şəxslərin kimliklərini müəyyən etmək mümkün olub, deyə nəşr yazır.
Xatırladaq ki, ermənilər və Azərbaycanlılar arasında qarşıdurmalar iki ölkə sərhədində 2020-ci il iyulun 12-də başlamış silahlı münaqişənin güclənməsi fonunda baş verib. 2020-ci il iyulun 30-da döyüşlər faktiki olaraq dayandırılıb, həmin günə olan məlumata görə, 6 erməni hərbiçisi öldürülüb, 38 nəfər, o cümlədən iki polis əməkdaşı və bir dinc sakin yaralanıb. Azərbaycan hakimiyyəti iyulun 16-na olan məlumata görə 13 nəfərin, o cümlədən bir yerli sakinin həlak olduğunu bildirib. Rusiyanın cənubundakı diaspor rəhbərləri erməniləri və azərbaycanlıları təxribatlardan uzaq durmağa və nizam-intizama riayət etməyə çağırıblar, deyə “Kavkazskiy uzel” qeyd edir./Anaxeber.info/
 Turan.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar