Türkiyəyə qarşı müharibə elanı...

18-08-2014, 17:26   
Türkiyəyə qarşı müharibə elanı...Naira Ayrumyan: “Bu tarix Ermənistan üçün sonun və ya böyük qələbənin başlanğıcı ola bilər”


43 yaşlı erməni Artur Mirzoyanın Moskvada Türkiyə səfirliyinə atəş açması bir sıra erməni şərhçilər tərəfindən Türkiyəyə elan edilən müharibənin ilk gülləsi kimi dəyərləndirilib.

ANS PRESS-in məlumatına görə, erməni şərhçi Naira Ayrumyanın fikrincə, Moskvada baş vermiş hadisə erməniləri birləşdirə bilər.

“Bu tarix Ermənistan üçün sonun və ya böyük qələbənin başlanğıcı ola bilər” deyən şərhçi ümid edir ki, İraq və Suriyada baş verən hadisələr Lozanna sülh müqaviləsinin nəticələrinə yenidən baxmağa vadar edə bilər:

"Bu o deməkdir ki, erməni torpaqlarını ruslar və türklər arasında bölən müqaviləyə yenidən baxılacaq. Bu yeni böyük müqavilənin vacib olması deməkdir və ermənilər məqamı əldən verməli deyillər".

Naira Ayrumyanın revanş tələb edən çıxışları adamda yazı müəllifinin paralel dünyada yaşaması təəssuratını oyadır. Qarabağda dünyaya gəlmiş xanım yazar Ermənistanın və doğulduğu işğal zonasının bu cür sərsəm ideyalar üzündən nə günlərə düşdüyünü sanki bilmir. Bir vaxt 4 milyon adamın yaşadığı Ermənistanda bu cür sərsəm ideyalar üzündən cəmi 1,3 milyon adam qalıb.

Bir zamanlar 70 mindən çox adam yaşamış Xankəndidə isə indi cəmi 22 min adam qalıb. O zaman, ermənin şərhçinin öncəgörməsinin ikinci hissəsinin baş tutması zaman ələ keçirəcəkləri torpaqlara ermənilər kimi yerləşdirəjək?

Böyük ehtimalla, Naira Ayrumyanın öncəgörməsinin birinci hissəsi gerçəkləşəcək və ermənilərin sonu olacaq. Və ermənilər onsuz da vətən saymadıqları 3 minillik türk yurdu qədim İrəvanı birdəfəlik tərk edəcəklər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar