Qubada 25 yaşlı oğlan atasını niyə baltaladı? - TƏFƏRRÜAT/YENİLƏNDİ

10-06-2021, 15:24   


Qubada 25 yaşlı oğlan atasını niyə baltaladı? - TƏFƏRRÜAT/YENİLƏNDİ
Quba rayonunda oğulun atasını balta ilə qətlə yetirməsinin təfərrüatı məlum olub.
Hadisə iyunun 9-da rayonun Sofikənd kəndində qeydə alınıb.
Qətl hadisəsindən əvvəl kənd sakini, 1996-cı il təvəllüdlü Rəvan Ramazanov atası, 1970-ci il təvəllüdlü Sadıq Rzaqulu oğlu Ramazanovla həyətdə atı nallayırmış. Bu zaman hər iki şəxs arasında mübahisə düşüb. Daha sonra oğul atasını anidən balta ilə vuraraq öldürüb. Atasının öldüyünü görən R.Ramazanov Quba Rayon Polis Şöbəsinə gedərək təslim olub.
Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.(Report)
*****
09:27
İyunun 9-da Quba rayonu, Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Publika.az-a Quba Rayon Prokurorluğundan məlumat verilib.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin oğlu, 1996-cı il təvəllüdlü Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı balta ilə Sadıq Ramazanovun sinə və baş nahiyəsinə xəsarətlər yetirərək qəsdən öldürmüşdür.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Rəvan Ramazanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda iş üzrə istintaq davam edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar