Putin və Yanukoviçin ataları satqın olub

12-09-2014, 15:40   
Putin və Yanukoviçin ataları satqın olubRusiya prezidenti Vladimir Putinin atası Vladimir Spiridonoviç Putinin Hitler Almaniyası ilə əməkdaşlıq etməsi barədə məlumatlar dolaşır. Modern.az saytı Polşa mətbuatına istinadən xəbər verir ki, ata Putin 1941-ci ilə qədər NKVD daxili qoşunlarının zabiti olub və Böyük Vətən Müharibəsinin ilk vaxtlarında özünü almanlara təslim edib. Belarusun Vitebsk şəhəri ətrafında əsir düşən Vladimir Spiridonoviç Putin sonradan faşistlərin nəzarəti altında Andrey Vlasovun yaratdığı könüllü orduya qatılıb.

Polşanın “Anqora” jurnalında bu iddilarla çıxış edən publisist Jozef Zanyavski yazısında sovet kəşfiyyatının İsveçrədəki rezidenti Viktor Suvorova (əsl adı Boqdan Rezun) istinad edir. Suvorov 1978-ci ildən Britaniya kəşfiyyatına işləməyə başlayıb və London arxivlərində 8-ci Britaniya ordusunun gizli sənədlərində imzalı fotoya rast gəlib.
Fotoda 6 zabit təsvir olunub. Onlardan 3-ü kazak mundirində, 2-si alman zabiti, 1-i isə Rusiya Azadlıq Ordusunun zabiti formasındadır. Suvorovun sözlərinə görə, zabit mundirli kazaklar Almaniya tərəfdə vuruşan general Vlasovun yaratdığı ordunun üzvləridir.
Şəkildə solda 1-ci şəxs isə Rusiya prezidentinin atası Vladimir Putindir.

1945-ci ildə isə prezident atası digər “vlasovçu” silahdaşları ilə birlikdə SSRİ-yə təhvil verilir. Bütün bu faktları Zanyavski Viktor Suvorova istinadla məqaləsində işıqlandırır.

Qeyd etmək lazmıdır ki, analoji informasiya Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin atası Fyodor barəsində də yayılmışdı.
Regionlar Partiyasının 2004-cü ildə yaydığı məlumata görə, Viktor Yanukoviçin atası Fyodor Vladimiroviç müharibəyə yollanaraq ağır yaralanıb. Lakin bəzi yerli jurnalistlər gizli arxiv materialları əsasında müəyyən etmişdilər ki, Fyodor Yanukoviç yaraları sağaldıqdan sonra fərarilik edərək, alman işğalçıları ilə əməkdaşlığa başlamışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar