“Amerika hökumətinin əlində oğlumu xilas etmək şansı vardı”.
Axar.az Lifenews.ru-ya istinadən xəbər verir ki, bu açıqlama ilə İŞİD tərəfindən öldürülən ABŞ jurnalisti Ceyms Folleyin anası çıxış edib. O, Amerika hökumətini oğlunun ölümündə günahlandırıb:
“Mən həqiqətən hiss edirəm ki, hökumətimiz oğlumu aldatdı. Vaşinqtonun söz verməsinə baxmayaraq, vətəndaşlarımıza heç bir dəstək verilmir. Hökumət mənə oğlumu azad etmək üçün istintaq və əməliyyata müdaxilə etməyə heç bir imkan vermirdi. Ceyms lazımı kommunikasiya, kəşfiyyat və prioritetin olmamasının qurbanı oldu”.
Xatırladaq ki, Amerikalı jurnalist Ceyms Folley avqustun 19-da İŞİD tərəfindən başı kəsilib. Daha sonra sentyabrın 3-də amerikalı digər jurnalist Stiven Sotlof edam edilib.