Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Gitara həvəskarları üçün məktəbdaxili kurslar təşkil olundu - Fotolar

23-03-2024, 09:22   










Gitara alətinə həvəsi olan şagirdlər üçün məktəbdaxili kurslar təşkil olunub...


Bakı şəhəri Yasamal rayonu 53 №-li tam orta məktəbində “Orta məktəblərdə gitara kurslarının təşkili” adlı layihəsi icra olunub. Layihə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə, Azərbaycan İncəsənət Məktəbinin tərəfdaşlığı ilə həyata keçirilib. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olan layihə 6 ay ərzində icra olunub. 

Layihənin rəhbəri olan məktəbin direktor müavini Fəridə Əliyeva layihənin məqsədinin təshildə sərt bacarıqlar formalaşdıran yaradıcı tədris mühitinin gücləndirilməsi olduğunu qeyd edib. Layihə Yasamal rayonunda yerləşən 4məktəbdən 12 müəllimi əhatə edib. Müəllimlər öyrəndikləri bacarıqları şagirdlər arasında tədris etməyə başlayıb. Layihə vasitəsilə musiqi məktəblərində tədirs olunmayan gitara kursları şagirdlər üçün əlçatan olub.

Gitara alətində ifa etməyi öyrənən şagirdlər üçün layihənin sonunda müsabiqə təşkil olunub.  


Fotolar

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar