Sosial şəbəkədə yayılan məlumata əsasən Lalə Hacıyevanın adına bağçalardan dərs ilinin başlanması ilə əlaqədar 50 manat, müəllimlər günü münasibəti ilə isə 100 manat toplanılıb
Sumqayıt şəhər İcra Hakimiyyətinin müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Lalə Hacıyeva üçün dərs ilinin başlanması ilə əlaqədar Sumqayıtda fəaliyyət göstərən bağçaların müdirlərindən 50 manat pul yığılıb.
Bu barədə Nəsibə Zeynalova adında «Fasebook» sosial şəbəkə iştirakçısı məlumat yayıb. Sosial şəbəkədə yayılan məlumatda bildirilir ki, başçının müavini üçün bağça müdirlərindən pulu Maral adlı bir xanım yığıb.
Qeyd olunur ki, Lalə Hacıyeva icra başçısının müavini gətirilməzdən əvvəl Sumqayıtda uşaq baxçalarından birində müdirə olaraq çalışıb. İcra başçısı müavini vəzifəsində isə Lalə xanım öz əmisi Tarıyel Hacıyevi əvəz edib.
«Facebook» istifadəçisinin yaydığı məlumatda həmçinin iddia edilir ki, müəllimlər günü və qurban bayramı ilə əlaqədar olaraq yenidən bağça müdürələrinin hər birindən 100 manat yığılıb və yığılan vəsait başçının xanım müavininə çatdırılıb.
Bildirilir ki, Lalə Hacıyeva eyni zamanda Bakı rayonlarının birinin icra başçısının birinci müavinin həyat yoldaşıdır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
pia.az