Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Nobel Sülh mükafatını pakistanlı Malala Yousafzai aldı

10-10-2014, 14:37   
Nobel Sülh mükafatını pakistanlı Malala Yousafzai aldıOktyabrın 10-da Osloda Nobel Sülh Mükafatı elan olundu. Namizdələr arasında Edward Snowden, Papa Francis və digər tanınmış şəxslərin adı hallanırdı.

Norveç Nobel komitəsinin nümayəndəsi Thorbjorn Jagland elan etdi ki, 2014-cü ilin Nobel lauretaları Pakistanlı Malala Yousafzai və Hindistanlı Kailash Satyarthi-dır. Sonuncu ad nisbətən gözlənilməz olsa da, məktəbli qız Malala-nın adı əsas namizədlər sırasında çəkilirdi. O, Talibanın qız məktəblərini dağıtmasına qarşı çıxıb, 2012-ci ildə başından güllələnib.

Norveç Nobel Komitəsi bildirib ki, 1.1 milyon dollarlıq mükafat üçün bu il rekord sayda – 278 nominasiya qəbul edib. Onların arasında Azərbaycan yazıçısı Əkrəm Əylisli də olub.

Nobel Mükavatı dekabrın 10-da, Osloda təqdim olunacaq
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar