Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Xətaidə yenidən ağaclar kəsiləcək və obyekt tikiləcək?

18-03-2025, 09:38   





Xətaidə yenidən ağaclar kəsiləcək və obyekt tikiləcək?

Bakının Xətai rayonu, Xudu Məmmədov küçəsi, 35 ünvanında yerləşən park məhv olmaq təhlükəsi ilə üz-üzədir.

Qurumuş ağacların yerinə yeniləri əkilib

Hurriyyet.az məlumat verir ki,  sakinlər öz hesablarına ərazidə ağac əkib, yaşıllıq salıblar, amma indi həmin ağacları suvara bilmirlər. Sakinlər deyirlər ki, demək olar, hər gün əraziyə yeni ağaclar əkirlər. Amma ağacları suvarmaq mümkün deyil. Çünki su xətti bilərkədn kəsilib. Parkın bütün təmizliyini isə küçədə yerləşən iaşə obyektlərinin işçiləri edir. Sakinlər bildirirlər ki, aidiyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmayıb.

Nazirlik rəsmisi Bakıda quruyan ağacların aqibətindən danışdı

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı agentliyindən  bildirildi ki, ictimai əhəmiyyətli ərazinin su ilə təmin olunması üçün abonentlər ilk olaraq yaşıllaşdırma təsərüffatı birliyinə müraciət etməlidirlər. Məhz bundan sonra məsələyə baxılacaq. Sakinlərin bildirdiyinə görə ətrafda ağacların kəsilib obyekt tikintisi adi hal alıb.  Burada eyni qaydada ağaclar kəsilməsi ehtimal olunur.

Xətai icra hakimiyyəti bu məsələyə heç bir açıqlama almaq mümkün olmadı

Qeyd edək ki, 2019-cu ildən Xətai icra hakimiyyətinin başçısı Rafiq Quliyevdir və Bakı şəhər icra hakimiyyətində olan müşavirələrdə  Eldar Əzizov dəfələrlə  bu bərədə ona xəbərdarlıq edib.\\XALQ.AZ


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar