"İslam Dövləti" terror təşkilatının yaraqlıları Suriyanın Kobani şəhərindən Türkiyə ərazisinə keçiblər.
Trend-in məlumatına görə, terrorçular döyüşlərin davam etdiyi Kobanidən Türkiyə-Suriya sərhədindəki minalanmış əraziyə soxulublar.
Məlumatda o da qeyd olunur ki, bu, "İslam Dövləti" terrorçularının sərhədi açıq şəkildə keçdiyi ilk haldır.
Türkiyə ordusunun sərhəd pozuntusuna reaksiyası haqqında məlumat verilmir.