Rusiya: “Neftin qiyməti artmasa…”

14-10-2014, 20:46   


Rusiyanın Maliyyə naziri Anton Siluanov neft qiymətlərinin 2015-ci ildə artmayacağı təqdirdə büdcə kəsrini qarşılamaq üçün ehtiyat fondundan 500 milyard rubl (12,5 milyard dollar) ayırmaq məcburiyyətində qalacaqlarını açıqlayıb.

Axar.az xəbər verir ki, Dumada müzakirələrə qatılan Siluanov neftin bir barrelinin 87 dollar olacağı təqdirdə bu addımı atmağa məcbur olacaqlarını deyib. Onun sözlərinə görə, sanksiyalar dövrü üçün nəzərdə tutulan 90 milyardlıq ehtiyat fondu lazımı yardımı edəcək.

Xatırladaq ki, Dumaya təqdim edilən 2015-2017-ci il dövlət büdcəsində neftin qiyməti 2015-ci il üçün 100 dollar nəzərdə tutulub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar