Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakıda 4 qız itkin düşdü

16-10-2014, 17:40   
Bakıda 4 qız itkin düşdü
Ötən günlərdə Bakıda 4 qız itkin düşüb.

Bu barədə vesti.az-a rayon polis idarələrindən bildiriblər. Oktyabrın 7-də saat 12:00-da Xəzər rayonunun Binə qəsəbəsində yaşayan, 1990-cı il təvəllüdlü Bəşirova Şəfəq Yadigar qızı evdən çıxıb, bir də geri qayıtmayıb.

Oktyabrın 13-də saat 08:00-da Nərimanov rayonunun Xutor qəsəbəsi sakini, 1985-ci il təvəllüdlü Nəsirova Xuraman Əhməd qızı evdən çıxıb, bir də geri qayıtmayıb. Oktyabrın 13-də Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Hüseynova Fəridə Nazim qızı itkin düşüb.

O, gecə saat 02 radələrində çalışdığı Mircəlal küçəsində yerləşən "Ada təpə" kafesindən çıxıb və evə qayıtmayıb. Müvafiq polis bölmələrindən bildiriblər ki, qızların yeri hələ də məlum deyil.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar