Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Polisdən gecə əməliyyatı: bir nəfər həbs edildi - Özəl

17-10-2014, 00:52   
Polisdən gecə əməliyyatı: bir nəfər həbs edildi - Özəl

Şabran polisi gecə saatlarında əməliyyat keçirib.

Axar.az-a mötəbər mənbədən daxil olan məlumata görə, rayon polis şöbəsinin əməkdaşları Salyan sakini olan şəxsin üzərindən bir kiloqram marixuana aşkar ediblər.

Məlumatda bildirilir ki, Şabran polisində əməlini etiraf edən şəxs əvvəllər də iki dəfə məhkumluq həyatı yaşayıb. Onun üzərindən 1 kilo marixuana aşkar olunması üçüncü məhkumluğun daha uzunmüddətli olacağını deməyə əsas verir.

Məlumat gecə saatlarında gəldiyi üçün təfsilatın və saxlanan əxsin kimliyini dəqiqləşdirmək mümkün olmayıb. Lakin həmin şəxsin rayon parkının ərazisində saxlanıldığı deyilir.

Qeyd edək ki, narkotiklərlə mübarizə çərçivəsində Şabran polisi son bir ayda bir neçə belə əməliyyat keçirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar