Oktyabrın 16-da respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 59 cinayət faktından 25-nin üstü “isti izlər”lə açılıb.
bu haqda informasiyanı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Xəbərdə deyilir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 30 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında qeydə alınan 11 yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər ölüb, 12 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.
Cinayət törətdiyinə görə 51 nəfər tutulub.