“Azərsu”da kriminal şəbəkə

18-10-2014, 23:32   
“Azərsu”da kriminal şəbəkə
Qorxmaz Hüseynovun ətrafında həbs dalğası getdikcə daralır
"Azərsu” ASC-ninfəaliyyətində yer almış müxtəlif qanun pozuntuları ilə bağlı dəfələrlə yazmışıq. ASC-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamanın nəticəsində aşkar edilmiş mənimsəmənin bilavasitə həyata keçirilməsinə görə məsuliyyət daşıyan şəxs kimi ASC-nin Babək Həsənov adlı bir əməkdaşı həbs olunub. Bununla bağlı anaxeber.info-a bilgiləndirən mənbənin sözlərinə görə Babək Həsənov ASC-də Köçəri Həsənov, Mahir Məmmədov və İlqar Tağıyevdən ibarət qruplaşmaya daxil imiş. B
Aşkar olunan mənimsəmə halına görə məsuliyyət daşımalı olan şəxslərdən birinin də ASC sədri Qorxmaz Hüseynovun xalası oğlu Şakirin olduğu müəyyən edilib. Lakin ASC-də məsul vəzifə daşıyan həmin şəxsin istintaqa cəlb olunması nədənsə hələ də təxirə salınır. Digər tərəfdən isə anaxeber.info-i bilgiləndirən mənbə iddia edir ki, Babək Həsənovun "əməyindən” bəhrələnən ASC rəsmilərinin siyahısı heç də yuxarıda adları keçən şəxslərlə məhdudlaşmır. Qeyd olunur ki, Babək Həsənovun "səmərəli” fəaliyyəti ASC sədrinin birinci müavini Teyyub Cabbarovun da 650 min manat dəyərində villaya sahib olmasına şərait yaratmışdır. Bu xüsusda yeni aldığımız məlumatda isə bildirilir ki, aşkarlanmış mənimsəmə faktlarına əsasən prokurorluq tərəfindən istintaqa cəlb olunan şəxslərdən biri də ASC sədrinin iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədov olub. Lakin Birləşmiş Su-Kanal MMC-nin rəhbəri Etibar Məmmədovun işə müdaxiləsindən sonra Mahir Məmmədov sərbəst buraxılb.
Redaksiyamıza daxil olan məlumatda həmçinin qeyd olunur ki, əslində ASC-də aşkarlanan mənimsəmə faktı üzrə müəyyən edilmiş məbləğ, mətbuat səhifələrində əks olunan məbləğdən bir neçə dəfə artıqdır. Belə ki, təkcə Mahir Məmmədovun bu maxinasiyalar sayəsində paytaxtın Montin qəsəbəsində aldığı torpaq sahəsinin 1,5 milyon manat qiyməti olduğu bildirilir.

"Azərsu” ASC-də baş verənlərlə bağlı anaxeber.info-a daxil olan məlumatlarda xüsusilə diqqət çəkən xəbər qurumda məsul vəzifələrdən birini tutmuş Madar Quliyev adlı bir şəxs müəyyən səbəblərdən ASC-dən maddə ilə qovulması ilə bağlıdır. Bundan sonra isə ASC sədrinin iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədov həmin şəxsdən nə az, nə çox, düz 1 milyaon manat alaraq, onu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işə düzəldib. Madar Quliyev hal-hazırda həmin nazirlikdə olan şöbələrdən birinə rəhbərlik edir. Yeri gəlmişkən, mənbələr həmçinin "Azərsu” ASC ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında kadr transferlərinin də qarşılıqlı olduğunu vurğulayırlar. Məlumatda bildirilir ki, bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən yaşına görə təqaüdə çıxması səbəbindən işdən azad olunmuş Rauf Tağıyev adlı bir şəxs ASC-nin təhlükəsizlik şöbəsinə rəis təyin olunmuşdur. Yeni aldığımız məlumatda isə M.Quliyevin "Azərsu”dan kənarlaşdırılması səbəbi kimi onun da bir sıra maliyyə maxinasiyalarına və saxtakarlıqlara imza atması göstərilir. Həm də vurğulanır ki, ASC-nin Tenderlər və Satınalmalar Departamentinin müdiri İlqar Quliyev də bu maxinasiyaların aktiv iştirakçılarından olmuşdur. Həm də bu maxinasiyalar təkcə kağız üzərində saxtakarlıqlarla məhdudlanmayaraq, həm də ASC-nin bilavasitə fəaliyyətinə də öz neqativ təsirini göstərməkdədir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.