Miqrant "ovu" yenidən başladı

19-10-2014, 01:42   
Miqrant "ovu" yenidən başladı
Moskva polisi reyd zamanı 450-dən çox miqrant saxlayıb

Region Moskva polisi paytaxtın şimal-şərqində reyd zamanı 450-dən çox qeyri-leqal miqrant saxlayıb.

, bu haqda Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Operativ tədbir cinayətkarların axtarışına və miqrasiya qanunvericiliyinin pozulmalarına qarşı keçirilib.

"Saxlanılanlar arasında — Orta Asiya ölkələrinin nümayəndələri, Şimali-Qafqaz federal dairəsi və həmçinin keçmiş MDB dövlətlərindən biri Belarus vətəndaşı var ", - deyə xəbərdə bildirilir.

Hazırda cinayət məcəlləsinin 322.1 maddəsi (qanunsuz miqrasiyanın təşkili) üzrə cinayət əlamətlərinin mövcudluğu haqqında yoxlama aparılır.

Reyddə Moskva polisi, həmçinin Xüsusi Təyinatlı Milis Dəstəsi iştirak edib. Əməliyyatda Rusiyanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 150 əməkdaşı iştirak edib
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.