IŞİD üçüncü dünya müharibəsinin anonsunu verdi

19-10-2014, 02:10   


İŞİD terror qruplaşması növbəti videonu yayımlayıb. Azerinews.tv-nin “The independed” nəşrinə istinadən verdiyi məlumata görə, Britaniyalı girov jurnalist Con Kantli Qərbi Fars körfəzində üçüncü dünya müharibəsinin başlayacağı ilə bağlı xəbərdarlıq edib. Britaniyalı girov qeyd edir ki, o 2 ildir İŞİD tərəfindən girov götürülüb. Yayımlanan video 7.5 dəqiqəlik olmaqla, artıq İŞİD tərəfindən yayımlanan dördüncü videodur.
Con Kantli ABŞ prezidenti Bark Obamanın “İŞİD-ə qarşı aparılan mübarizə uzun müddətli olacaq və geniş beynəlxalq koalisiyanın qoşulmasını tələb edəcəyik” kimi sözlərinə münasibət bildirib: “Görəsən nə vaxtdan etibarən ABŞ-ı müsəlman dünyasındakı azlıqların talehləri narahat edir? Müasir tarix dini azlıqlara təzyiq edir və nə ABŞ nə də başqası bunun qarşısını almaq üçün heç nə etmir. Deyirlər ki, ictimaiyyət çox qısa yaddaşa malikdir. Lakin Əfqanistanı tərk etmək haqqında verilən əmrlərin mürəkkəbi hələ də qurumayıb. Ona görə də, biz Fars körfəzində üçüncü dünya müharibəsinə hazırlaşırıq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar