Polşada Rusiya leyhinə cəsusluq edən daha bir nəfər tutulub.
Axar.az “Szona.org”a istinadən xəbər verir ki, bu açıqlama ilə Polşanın Baş prokuroru Mateuş Martınyuk çıxış edib.
Martınyuk ələ keçirilən şəxsin vəkil olduğunu bildirib. O hazırda cəsusun dindirildiyini söyləyib.
Qeyd edək ki, bir müddət öncə də Polşa kəşfiyyatı başqa bir rus agentini yaxalamışdı.