Şəmkirdə yas məclisi polisin müşayiəti ilə keçdi

20-10-2014, 21:47   


Şəmkirin Qapanlı kəndində yas mərasimi polisin müşayiəti ilə keçirilib.

Kənd sakini Cahangir Məmmədovun Axar.az-a verdiyi məlmata görə, ötən gün ehsan verilməməsi barədə aldığı xəbərdarlığın icrasını yoxlamaq üçün bu gün polis əməkdaşları da yas məclisinə gəliblər.

Qayınanasına üç mərasimi verən C.Məmmədovun sözlərinə görə, ehsan süfrəsində yalnız çay, qənd, xurma və halva qoyulmasına icazə verilib:

“Bizə yemək süfrəsi icazə vermədilər. Ötən gün dediyim kimi, biz hazırlıq görmüşdük, 220 kilo ət kəsdirmişdik. Onu ehsan olaraq qohum-qonşuya payladıq. Süfrəyə isə çay, qənd, xurma qoyuldu”.
C.Məmmədov qeyd etdi ki, polis mərhumun yeddi mərasimi keçiriləcək gün də kəndə gələcək:

“Bizə dedilər ki, yeddi mərasimi verməyin, əgər çadır qurulacaqsa, onda yenə çay, qənd, xurma verin”.
Qeyd edək ki, oktyabrın 19-u gecə saatlarında Şəmkir sakini Axar.az-a bu haqda məlumat vermişdi. C.Məmmədov bildirmişdi ki, polis həyətə gəlib, ehsan verilməməsi barədə xəbərdarlıq edib, onlar isə artıq hazırlıq aparıblar. Şəmkir Rayon İcra hakimiyyətindən də yas sahibinə bildirilib ki, yemək süfrəsi açmasınlar.

Xatırladaq ki, ehsan qadağası qanunla tənzimlənmir. Hökumət qeyri-rəsmi şəkildə ehsan süfrəsində yemək verilməməsi və çay mərasimi ilə məclisin tamamlanmasını tövsiyə edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar