Iki bacıdan biri qatil, biri qurban (VİDEO)

24-10-2014, 01:07   
Iki bacıdan biri qatil, biri qurban (VİDEO)

[media=http://www.youtube.com/watch?v=d864pnJ5Mlg]
Ölkə daha bir tükürpədici qətlin şokundadır. Gənc qızın başının kəsilməsi xəbərinin dəhşətindən sonra, bunu onun özündən bir yaş kiçik bacının etməsi xəbəri daha dəhşətli oldu. Çox gənc olan bu bacıların arasında nə baş verib? Bu yaşda bacını bacının qatili olmağa nə vadar edib? Bu dəhşətli qətllə bağlı müxtəlif ehtimallar var. Əməkdaşlarımız həm qızların Şəkidəki ata evində, həm də hadisənin baş verdiyi kirayə qaldıqları evdə olublar.

ANS TV-nin məlumtına görə, bu gün Azərbaycanda hər hansı tükürpədici hadisə ilə heç kimi təəccübləndirmək olmaz. Amma bu gün həm prokurorluq, həm də polis əməkdaşları etiraf edirlər ki, bacının bacısının başını kəsməsi kimi presendentə son ayların təcrübəsində rast gəlinməyib.

Xətai rayonu, Xudu Məmmədov küçəsi, 18 ünvanında, 1 A saylı binanın, 39-cu mənzilində baş verən cinayətin yükü o qədər ağırdır ki, fikirləşəndə belə ətin ürpəşir. Üstəgəl, görəndə ki, onu, balaca qız, bəlkə də 45 kiloluq bir məxluq törədib, özü də öz doğmaca bacısına qarşı, istər-istəməz hadisəyə əsas verən səbəbin çox ciddi olması qənaətinə gəlirsən. Səbəblərə gəlincə, polis və prokurorluq əməkdaşları hələ ki, ağızlarına su alıblar. Hərçənd, bütün gecəni cinayəti törətməkdə şübhəli bilinən Pərvanəni dindiriblər və onlar da cinayətin təfərrüatları haqda müfəssəl məlumat var. Amma açıqlama verilmir. Mediaya sızdırılan xəbərlərdə isə öldürülən Günel Nuriyevanın cinsi azlığın nümayəndəsi olması, vaxtaşırı rəfiqələrini evə gətirməsi, bacısının isə buna qarşı çıxdığı deyilir. Məlumatlara görə, qətldən qabaq da iki bacı arasında bu mövzuda mübahisə yaranıb və sonda 19 yaşlı Pərvanə özündən bir yaş böyük bacısını öldürüb.

Bu yerdə xatırladım ki, qətlin baş verdiyi ünvanda Nuriyevlər ailəsinin üç qızı yaşayıb. Öldürülən Günel ailənin böyük qızıdır, qətli törətməkdə şübhəli bilinən Pərvanə isə əkizlərin tayıdır. Elə Günelin meyitini də ikinci əkiz aşkar edib. Qızların valideynləri Şəkidə yaşayır və bölgə müxbirimizin məlumatına görə, ata Etibar Nuriyev biznesmendir və bu ailəni rayonda qapalı bir ailə kimi tanıyırlar. Onların yaşadıqları ev belə sanki insanlardan təcrid olunub və xeyli aralıda tikilib. Bacılar da yaşadıqları ünvanda qonşuların diqqətini çəkən münasibətlə yadda qalmayıblar. Hər halda, qonşular da, binanın mühafizəçisi də bu qızların pis bir hərəkətini müşahidə etmədiklərini deyirlər. Xətai rayon Polis Şöbəsinin adını çəkilməsini istəməyən əməkdaşının sözlərinə görə, Günelin cinsi azlıq olması ilə bağlı deyilənlər əsassızdır və onun meyiti üzərində heç bir zorakılıq əlaməti, bakirəliyin pozulması faktı aşkarlanmayıb. Hər halda bütün bunları aydınlaşdırmaq istintaqın işidir. Amma bu kimi məsələlərdə cəmiyyətin üzərinə düşən iş nədən ibarətdir?-

Bu sualın cavabı açıq qalır. Məsələn, biz bu həyətdə çəkiliş aparanda prokurorluq əməkdaşı bizə tövsiyyə edirdi ki, mətbuat belə faktları efirə verməsə daha yaxşı olar. Bu çıxış yoludurmu? – Biz bunu efirə verməsək, ölkədə, ailələrdə qətllər baş verməyəcəkmi? Psixoloqlar belə düşünmür. Onlar əksinə, maariflənmə işinin aparılmasını zəruri sayırlar və düşünürlər ki, belə qətllərin baş verməsində bəzən ailənin rolu çox böyük olur.

Nuriyevlər ailəsində psixoloji durum necə olub, bunu bu gün deyə bilməyəcəyik. Amma bütün hallarda 19 yaşlı çəlimsiz qızın doğmasının başını kəsməyə qalxması çox təhlükəli presedentdir. Və maraqlıdır ki, bu ağır qətli törədən qız da, bu qətlin qurbanı bacısı da öz gələcəklərini musiqiyə bağlamışdılar. Hər ikisi Konservatoriyada təhsil alırdı. Onların heç biri müsiqiçi olmadı, bir qatil oldu, o biri qurban.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.