Dünya mətbuatı Azərbaycanda Pərvanə Nuriyeva adlı qızın bacısı Günelin boğazını kəsərək öldürməsindən yazır.
Türkiyə, İspaniya mətbuatında bu tükürpədici hadisə işıqlandırılıb.
İspaniya nəşri “Ragar Espana” Azərbaycanın LGBT (cinsi azlıqların təşkilatı) icmasına istinadən məqalə çap edib. Məqalədə qeyd edilir ki, cinayət homofobiya əsasında törədilib. Qız bacısının lezbiyan olduğu üçün boğazını kəsib.
“Ragar Espana” yazır ki, hüquq-mühafizə orqanları törədilən cinayətin qəddarlığından heyrətə gəliblər. “Bu cinayət LGBT nümayəndələrinə nifrətə əsaslanıb. Homofobiyaya son qoyun!”, - LGBT üzvləri öz manifestlərində bildiriblər.
Türkiyənin məhşur Doğan xəbər agentliyi, Huriyyet.com, Milliyyet.com, Akşam.com xəbər portalları da bu olaya işıq salıb.