Kişi öz evində intihar edib
Bu gecə Bakının Sabunçu rayonunda 47 yaşlı kişinin asılmış meyiti tapılıb. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə Zabrat qəsəbəsi, Tramvat küçəsi 14 ünvanında baş verib.
Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, meyiti tapılan şəxs həmin küçədə yaşayan 1967-ci il təvəllüdlü Səlim Qədir oğlu Əkbərovdur.
Meyitə baxış zamanı onun intihar etdiyi müəyyən edilib.
İntiharın səbəbləri bilinmir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.