Xalq artisti Tural Bayraməliyevin mahnısını ifa edəcək
Bəstəkar Tural Bayraməliyevin söz və musiqisi özünə məxsus yeni bəstəni xalq artısti Flora Kərimova səsləndirəcək.
Bəstəkarın verdiyi məlumata görə, yeni nəğmə “Yağış” adlanır.
Hazırlıq prosesini Türkiyədə, Sezen Aksu, Tarkan, Sertab Erener kimi türkiyəli məşhurların çalışdığı studiyada və eyni tərkibli heyətin iştirakı ilə keçən “Yağış”ın tezliklə klipi də ərsəyə gətiriləcək.
“Mahnı və klip eyni zamanda təqdim ediləcək. Bu, noyabr ayının ortalarına nəzərdə tututlub” – deyən Tural Bayraməliyev mahnı yaradıcılığında yeniliklərin davam edəcəyini sözünə əlavə etdi.