Türk köşə yazarı: “Vur komandir, vur!”

15-11-2014, 10:48   
Türk köşə yazarı: “Vur komandir, vur!”


Bu cümlə tarixə keçəcək. Kənardan sadə cümləyə bənzəyən bu sözlər məna etibarı ilə çox dərin ifadələri xatırladır. Bu cümlə bir millətin səbir kasasının daşdığının tək ifadəsidir.

Azərbaycan Ermənistana məxsus bir döyüş helikopterini vurdu.

Harada vurdu? İşğal altında olan torpaqlarında. Niyə vurdu? Düşmən helikopterlərinin dəfələrlə sərhədi pozduğuna görə.

Azərbaycan bu hadisədə sonuna kimi haqlıdır!

Ermənistan dəfələrlə Azərbaycan hava səmasını pozub, işğal edib və cavabını alıb. Bu hadisənin qiyamət kimi dəyərləndirilməsi artıq xislətdir, alışdığımız addımlardır. Bu hadisəni şişirdən, müxtəlif donlar geyindirən daxildə və xaricdə olan xainlər nəyə görə 40 minlik ordu ilə Azərbaycanın işğal altında olan torpaqlarında hərbi manevrlərin keçirilməsinə göz yumaraq səslərini çıxarmayıb?

Bəli. Ermənistanın döyüş helikopteri həmin təlimlər zamanı Azərbaycan hava sərhədini dəfələrlə pozub. Sərhəddə keşik çəkən əsgərin “Vur komandir, vur” kəlmələri ilə son nöqtə qoyuldu. Bu hadisəni qərəzli şəkildə aləmə yayan qüvvələr nədənsə Dağlıq Qarabağ probleminin illərdir davam edən bir “danışıqlara” bənd etmiş, ermənilərin bölgədə ağalıq etməsinə səbəb olmuşdu.

Yaxud həmin qüvvələr sülh üçün illərlə çalışan Azərbaycan dövlətinin, millətinin, əsgərinin səbrini anlamamış, ya da anlamaq istəməmişdi.

Fikrimcə, “Vur komandir, vur” sözləri bundan sonra onlara başa düşməkdə yardımçı olacaq.

“Vur komandir, vur” cümləsi düşmənə və dünyaya dərs keçməklə bərabər, Türkiyədə CNNtürk adlanan televiziya kanalının hazırladığı xəbər formasında biz türklərə ayrıca dərs vermiş oldu.

Görəsən bu televiziya xəbəri verərəkən “Hamımız erməniyik” deyənləri kədərləndirməkmi istəməmişdi? - deyə düşünmədən keçə bilmirəm! Xəbəri “Dağlıq Qarabağ Müdafiə Nazirliyindən alınan məlumata görə” təqdimatı ilə verən televiziya belə səhv edirsə, deməli, bizə düşməndən çox zərər verib. Adı “CNN” olanda “türk”lüyü də belə olar!

Hadisə tək sözlə ifadə oluna bilər: Rüsvayçılıq!

Deməli, bəzi şeyləri kənarda deyil, içimizdə axtarmalıyıq. Bizdən başqa haqlı olduğu müharibəni dünyaya izah edən ikinci bir millət yoxdur. Bu bizim sayalığımızdan, yoxsa bacarıqsızlığımızdan qaynaqlanır, buna siz qərar verin. Görünən odur ki, hər şeydən öncə öz daxilimizdə daha mükəmməl və daha sərt şəkildə milliləşməliyik. Milli olmağın birinci yolu isə milli mətbuatın olmasıdır.

Artıq biz, dili iki söz tutmayan, baldırı çılpaq şou mənsublarını televiziyada axmaq səhvləri ilə görmək istəmirik. Biz televiziya və mediada peşəsinin bilicisi, millətin maraqlarına xidmət edən insanları görmək istəyirik... Vəssalam!
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.