Qobustan sakinlərinin etirazına baş həkimin dəstəyi-VİDEO -
19-11-2014, 23:00
Qobustan sakinlərinin etirazına baş həkimin dəstəyi-VİDEO - Bu barədə bize məlumat verən mənbə bildirdi ki, rayonun söz sahiblərindən biri artıq baş həkim hesab edilir . Bir daha nəzərinizə çatdıraq ki, ötən yazılarımızda baş həkimin mənimsədiyi dövlət vəsaiti və rəhbər olduğu xəstəxanada neçə-neçə insanları “saxta” yolla işlə təmin etdiyi barədə geniş məlumat vermişdik. Və daxil olan informasiya da mənbə onu da vurğulamışdır ki, bu cür neqativ işdə Qobustan rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Elşən Rəcəbova böyük dəstək göstərən məmurlar da kifayət qədərdir. Rayonun Maliyyə İdarəsinin rəisi Nuru İsmayılov və onun qardaşı Cəsarət İsmayılovun adları daha çox hallanır. Elə məhz onların törətdikləri əməllərdən əziyyət çəkən baş həkim Elşən Rəcəbovun sürüçüsü göstərilir. Belə ki, baş həkimin sürücüsü hüquq mühafizə orqanlarının əməliyyatı zamanı həbs edildikdən sonar üzərində xəstəxanaya məxsüs maaş kartları aşkarlanaraq götürülüb. Vəziyyətin gərginliyi Elşən Rəcəbovu həbsi ilə nəticələnəcəkdir. Lakin bir necə yüksək çiyinli məmurların müdaxiləsindən sonra “Bir daş altda, bir daş üstdə” prinsipi quvvəyə minir. Beləliklə Elşən Rəcəbov və onun havadarları məsüliyyətdən yayınaraq yenidən fəallaşır. Mətləbə keçməzdən öncə bildirək ki, baş həkim icra başçısı olmaqdan ötrü bütün gücünü səfərbər edib. Planlı şəkildə hazırlanan “senari” rayonda vəziyyəti mürəkkəbləşdirir. Yay aylarında Qobustan və ətraf rayonlar da su problemi sakinlərin ən böyük problemi hesab edilir. Məhz bu amil baş həkimin hərəkətə keçməsinə şərait yaradır. Əldə etdiyimiz məlumatlara görə “quruplaşma” əsasında sakinlər icra başçısına qarşı kompaniya aparmağa başlayır. Bu barədə ötən yazılarımızda tam detallarla məlumat verilib. Nəzərinizə çatdıraq ki, Elşənin etibar etdiyi şəxs baş verən olayları dəqiqliklə bizə ünvanlayır. Onun dediyinə inansaq rayonda sakinlər su problemi ilə əlaqədar icra hakimiyyətinin istefasını tələb ediblər. Hətda icra başçısı rayon sakinlərini hiddətli görüb polis əməkdaşlarına vəziyyətə nəzarət etməyi tapşırıb. Bu qarşıdurmanın arxasında Elşən Rəcəbov amili bəlli olsada sonradan müəyyən məxfi məsələlər onun rayonda söz sahibi olduğuna işarə vurdu. Qobustan rayonun da sakinlərin yürüş mitinqinin video yazısını ixtiyarınıza veririk: