Dövlət Departamenti: "Deməyə başqa sözümüz yoxdur"
Azərbaycan ABŞ Dövlət Departamentinin mətbuat katibi Cef Patke ATƏT nümayəndəsinin Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vertolyotun vurulduğu yerə getmək məsələsi ilə bağlı açıqlama verib.
"Amerikanın Səsi"nin İrəvan bürosunun sorğusuna cavabında deyib ki, biz ATƏT nümayəndəsinin Ermənistan vertolyotunun vurulduğu yerə gedə bilməməsi haqda məlumatlıyıq.
C.Patke bildirib: "Bizim mövqeymiz dəyişməyib. Bütün tərəflərə bir daha xatırladırıq ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səyləri ikiqat artırmaq çox əhəmiyyətlidir. Mənim deməyə başqa sözüm yoxdur."