Makkeyn: “Putin bunu çox gözəl anlayır”

20-11-2014, 15:14   

İkinci Dünya Müharibəsindən sonra biz Avropa ölkələrinin hissələrə parçalanmasının şahidi oluruq.

bunu ABŞ senatoru Con Makkeyn söyləyib.

O, Putinə cavab olaraq Avropa ölkələrinin ciddi tədbir almayacağını bildirib:

“İkinci Dünya Müharibəsindən sonra biz Avropa ölkələrinin hissələrə parçalanmasının şahidi oluruq. Bəs ABŞ-ın cavabı nə olacaq? Rusiya Baltikyanı ölkələrdə rusdilli əhali arasında təbliğat aparmaqla onları böyük uçuruma sürükləyir. Bizim isə cavab verməyə heç bir şeyimiz yoxdur. Avropa ölkələri də Rusiya qazından asılı olduğu üçün Putinin hərəkətlərinə qarşı ciddi tədbir görməyəcəklər. Vladimir Putin bunu gözəl anlayır. Bəs biz nə etməliyik? Biz Üçüncü Dünya Müharibəsində iştirak etməməliyik. Bizə heç Soyuq müharibəyə başlamaq da lazım deyil. Biz NATO-nun prinsiplərini dəstəkləməliyik”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.