Gələn ildən Azərbaycanda avtomobillər qazla işləyə biləcəklər.
Bu barədə jurnalistlərə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev məlumat verib.
Onun sözlərinə görə, hökumət bunun üçün SOCAR-a tapşırıq verib:
"Artıq "Azəriqaz" və bir neçə şirkət sıxılmış təbii qaz stansiyalarının (CNG) tikilməsi layihəsinə başlayıb. Sıxılmış təbii qaz ilk olaraq gələn ilin birinci yarısında Bakıya gətiriləcək qazla işləyən avtobuslarda istifadə olunacaq".
R.Abdullayev qeyd edib ki, gələn il Bakı və ətrafında 6 stansiya tikiləcək.
Onun sözlərinə görə, stnasiyaların sayı ilbəil artacaq.
"Azərbyacanın hər 180 km-də bu stansiyalar yerləşdiriləcək. Düşünürəm ki, bu həm iqtisadi, həm də ekoloji cəhətdən sərfəlidir. Gürcüstanda bunun müsbət nəticəsini gördük", - deyə, o əlavə edib.