Uşağı pornodan qoruyaq (VİDEO)

20-11-2014, 15:46   
Uşağı pornodan qoruyaq (VİDEO)
İcmal Bir neçə ilin söhbətidir, internetdə bir Azərbaycan ailəsinin uşaqlarının - 7 yaşlı qardaşla, 13 yaşlı bacının telefonla çəkilmiş porno görüntüləri yayılmışdı. İmkanlı bir ailənin uşaqları internetlə izlədikləri görüntüləri təkrarlamaq istəmişdilər. Deyirlər, sonradan həmin görüntülər uşaqların atasının əlinə keçmişdi və biçarə valideynin ürəyi partlamışdı.

Bu əhvalat Azərbaycana internet şəbəkəsi ilə gələ biləcək kütləvi faciənin ilk siqnalı idi. Həmin uşaqların videoçarxını izləmiş bir valideyn dəhşət içində idi. “Evimdə 3 körpə böyüdürəm. Onların gələcəyini düşündükdə məni dəhşət bürüyür. Çıxış yolunu tapa bilmirəm. Bəlkə, internetin heç olmadığı ucqar bir kəndə köçüm?”,- deyə həyəcanlı ata ANS PRESS-in əməkdaşından soruşmuşdu.

Problem aydındır - ölkədə bu cür zərərli saytlara girişə heç bir məhdudiyyət qoyulmadığından uşaqlar həmişə belə təhlükələrin hədəfində olacaq. Və çox vaxt da bu təhlükə valideyn laqeydliyindən qaynaqlanır. Uşaq psixologiyası üzrə mütəxəssis Vəfa Əkbərin müşahidələrinə görə, çox vaxt uşaqları təhlükə qarşısına valideynlərin laqeydliyi salır.

“Ana uşağının sakit durması üçün onun kompüterlə oyun oynamağa göndərir. Oyun saytlarının əksəriyyətində erotik və ya porno saytlara keçid olur. Bu saytların uşaqları təsiri müxtəlif olur. Azyaşlılar bunu zorakılıq, nisbətən böyüklər isə tərbiyəsizlik kimi qəbul edir. Belə uşaqların gözündə yaşlıların hamısı tərbiyəsiz sayılır və bu, onların valideynlərə qarşı kobudlaşmasına səbəb olur",- deyə psixoloq bildirib. Amma Vəfa Əkbərin sözlərinə görə, bu, hələ işin nisbətən az ziyanlı tərəfidir. İşin pis tərəfində isə uşaqların seksual aktivliyinin erkən oyanması durur: "Bax əsl faciə onda baş verir. Avropada 8 yaşlı uşaqların cəmiyyət içində qəbul olunmayan seksual hərəkətlər etməsinin kökündə internetin dayandığı müəyyən edilib. Bəzi 8 yaşlılar hətta seksual təcavüzlərə qədər irəli gediblər".

Psixoloqun sözlərinə görə, uşaqlara təkcə porno saytlar deyil, həm də sadəcə təhlükəsiz saytlarda da çox vaxt keçirmək mənfi təsir edir. Erkən yaşlarından internetdə gün keçirmək uşaqlarda nitq qabiliyyətinin inkişafına mane olur. "Mən valideyn tanıyıram ki, 6 aylıq uşağına smartfonu verir ki, oynasın. Və uşaq rahatlıqla saytadan sayta, oyundan oyuna girir. Belə uşaqlar danışmaq istəmirlər. Çünki rənglərlə ünsiyyət onun üçün yetərlidir. Adətən uşaqlar üçün 2 cür siqnal qəğuletmə anlayışı var. 1-ci siqnal anlayışı rənglərlə bağlıdır, daha sonra səslərlə siqnalın qəbul edilməsi gəlir. Rənglərlə siqnala alışmış uşaq, səslərlə siqnalı qəbul edə bilmir. Bu isə onların çox gec danışmasına səbəb olur. İndi 2-3 yaşında ana, ata sözlərindən başqa söz bilməyən uşaqlar çoxdur. Adətən belə uşaqlar başa düşür, istəklərini ağlamaqla, əl-ayaq hərəkətləri ilə başa salırlar. Keçmişdə isə uşaq normal halda yaş yarımında danışırdı",- deyə Vəfa Əkbər bildirir.

Psixoloqun sözlərinə görə, internetdə çox vaxt keçirən uşaqlarda mənfi enerci də çox yığılır: "Bu uşaqlarda emosional infantallıq müşahidə olunur. Adətən belə uşaqlar psixoloji inkişafda öz yaşıdlarından geri qalırlar, bioloji böyüsələr də uşaq kimi olurlar. Onlar tez affekt halına düşürlər. Hər hansı bir internet oyununda müəyyən səviyyəni keçə bilməyəndə çox narahat olurlar. Yaşıdları ilə ünsiyyət qura bilmirlər. Normal uşaqlar onlarla ünsiyyətə meyilli olmurlar və belə uşaqlardan yan gəzməyə çalışırlar. Bu da problemi daha da dərinləşdirir".



Bütün bunlar Azərbaycanda uşaqların internetin pis təsirlərindən qorunması ilə bağlı xüsusi proqramın hazırlanmasını vacib edir. Bu məsələ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də gündəmindədir. Nazirlik müxtəlif dəyirmi masalar keçirirək məsələnin həlli yollarını arayır. Bəzi ekspertlər çıxış edərək valideynləri diqqətli olmağa çağırır. Həmçinin, internet klublarda bəzi saytlara girmək üçün yaş məhdudiyyəti qoyulması təklif edlir. Amma bu məsələdə ən tutarlı addım porno və oyun saytlarına ölkə səviyyəsində qadağan qoyulması ola bilər. Bir sıra ölkələrdə tətbiq olunan təcrübəyə görə, belə saytlara giriş yalnız ailə başçısının yazılı müraciətindən sonra təmin edilir. Əksər ekspertlər bunu ən təsirli vasitə sayır. Yəni Azərbaycanda hansısa ailə başçısının rəsmi müraciət edərək evinə porno saytları açdırmasına inanmaq çətindir.

Lakin Vəfa Əkbər valideynlər arasında təbliğat məsələsini də ununtmamağı təkilf edir: "Valideynlər uşağın internetdən istifadə etməsini çox vaxt sevinclə qarşılayırlar. Bu, onlarda övladlarının qabiliyyətli olmasına inam yaradır. İndi hər 10 uşaqdan 9-u, ya kompüterdən, ya planşetdən, ya da smartfondan istifadə edərək internetə girir. Özü vasitəsi olmadıqda valideynlərinkindən istifadə edir. Məhz buna görə valideynlər arasında təbliğat aparmaq lazımdır ki, onlar uşaqları internetdən uzaq tutsunlar. Bu, onların normal böyüməsinə şərait yaradar".

[media=http://www.youtube.com/watch?v=2IdMfb3he7k]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.