ABŞ: "Əsədi devirmək mümkün olmayacaq"

20-11-2014, 15:50   

“Əsəd rejimi Suriyanı idarə etdiyi müddətcə, İŞİD-i məğlub edə bilməyəcəyik”.

bu açıqlama ilə ABŞ-ın Suriyadakı köhnə səfiri Robert Ford çıxış edib.

O, koalisiya qüvvələrinin hücumlarının Bəşər Əsədin Suriyada daha da güclənməsinə yardım etdiyini deyib:

“Sentyabrdan başlayan hava hücumları zamanı Suriyada Əsəd rejiminə qarşı savaşan terrorçulara zərbələr endirdik. Əsəd qoşunları Suriyada müxalif qüvvələrin mühasirəsində olan bir bölgədən koalisiya qüvvələrinin bombardımanı sayəsində çıxa bildilər. Bununla Əsəd hava qüvvələrinin rolunu oynamış olduq. İŞİD-ə bağlı həmin terror təşkilatları Əsəd rejiminə qarşı mübarizə aparırdılar. Suriyanın şərqində İŞİD hədəflərini vurmaqla Əsəd rejiminin güclənməsinə birbaşa yardım etmiş olduq. Bəşər Əsəd devrilmədikcə İŞİD-i məğlub etmək mümkün olmayacaq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.