Ərdoğanın otağından çıxan dinləmə cihazında ABŞ izi

20-11-2014, 16:06   
Ərdoğanın otağından çıxan dinləmə cihazında ABŞ izi

Türkiyədə Ərdoğanın otağına dinləmə cihazı qoyan polislərin istintaqı yekunlaşıb.

Avropa.info-nun məlumatına görə, istintaq başlamazdan öncə, iş yerində Almaniyaya getdiyini söyləyən iki polisin ABŞ-a getdiyi məlum olub. Bu iki polisin səfər tarixi ilə cihazın yerləşdirilmə tarixi bir- birinə çox yaxındır.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu dövrdə rəsmi iqamətgahına dinləmə cihazı yerləşdirilməsilə bağlı hazırlanan iddianamədə şok detallar ortaya çıxıb. Prokuror Durak Çətinin hazırladığı 72 səhifəlik ittihamnamə Ağır Cəza Məhkəməsinə göndərilib.

Müttəhim Əli Özdoğan və Sədat Zavar 1 İyun 2011-ci ildə 7 gün icazə alaraq Almaniyaya gedəcəklərini bildiriblər. Ancaq ikili ABŞ-a gedib, 7 iyunda isə Ankaraya qayıdıblar.

Özdoğan ilə Zavar 28 Oktyabr 2011-ci ilde isə 15 günlüyünə illik icazədən istifadə ediblər. İkili yenə də gedəcəkləri yeri Almaniya olaraq göstərib, amma ABŞ-a gedib, 4 noyabrda isəTürkiyəyə qayıdıblar.

Tarixlər isə maraq doğurub. Ərdoğanın ofisinə 24 noyabrda, evinə isə 25 noyabrda cihaz yerləşdirilib.
Əli Özdoğan 21 noyabrda 23 günlüyünə yola çıxaraq yenə ABŞ-a gedib.

Əli Özdoğan ifadəsində səfərləri tək həyata keçirdiyini bildirərək Sədat Zavardan bəhs etməyib.Ancaq Özdoğanın Zavar ilə birlikdə olduğu fotoşəkillərlə aşkar edilib.


İddianamədə diqqət çəkən digər məqamlar da ortaya çıxıb. Məlum olub ki, dinləmə cihazları eyni əl tərəfindən yerləşdirilib.

Qurğuların yerləşdirilməsində kəşfiyyat idarəsinin rəhbərliyi personalı Zavar mühüm rol oynayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.