ATƏT müşahidəçilərinə atəş açıldı

20-11-2014, 16:14   
ATƏT müşahidəçilərinə atəş açıldı
Donetskdə naməlum silahlılar missiyanın avtomobil karvanına atəş açıblar

Dünya Ukraynanın şərqində ATƏT müşahidəçiləri silahlı hücuma məruz qalıblar. Donetsk vilayətində hərbi geyimdə olan naməlum şəxs beynəlxalq müşahidəçilərin olduğu avtomobil karvanına atəş açıb. Bu barədə Ukrayna telekanalları məlumat yayıb.

ATƏT missiyasının açıqlamasına görə, hadisə dünən axşam saatlarında Donetskdən 15 kilometr aralıda yerləşən Mariinka şəhərində baş verib. Müşahidəçilər avtomobil karvanının yanından ötən platformalı yük maşınında iki silahlı şəxs gördüklərini və onlardan birinin müşahidəçilər tərəfə iki dəfə atəş açdığını bildiriblər.

ATƏT-in açıqlamasına görə, hadisə nəticəsində xəsarət alan olmasa da, təhlükəsizlik tədbiri olaraq, müşahidəçilər ərazini tərk ediblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.