“... Bankomatı lap gətir mənim həyətimə qoy”

20-11-2014, 18:18   
“... Bankomatı lap gətir mənim həyətimə qoy”

“Əsas məsələ odur ki, bankomatdan götürməyə nəyinsə olsun. Götürməyə bir şey yoxdursa, bankomatı lap gətir mənim həyətimə qoy, dəmir parçasından başqa bir şey olmayacaq”


bu sözləri deputat Siyavuş Novruzov parlamentdə büdcə müzakirələri zamanı səsləndirib.

“Burada həmkarlarım deyirlər ki, dağ-aran kəndlərində bankomat quraşdırılsın. Əsas məsələ odur ki, bankomatdan götürməyə nəyinsə olsun. Götürməyə bir şey yoxdursa, bankomatı lap gətir mənim həyətimə qoy, bu zaman o dəmir parçasından başqa bir şey olmayacaq. Ortada gərək bir şey ola ki, sən onu götürəsən da. Gedək indi bütün dağ kəndlərinə, ucqar yerlərə bankomat quraşdıraq. Bunun mənası nədir? O baxımdan hesab edirəm ki, buna yanaşma tərzini dəyişmək lazımdır. Vətəndaşlarımızın bankomatlardan pul götürməyə kifayət qədər vəsaitləri olmalıdır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.