Mirqafar seyidovBakı Şəhər Baş Polis Idarəsinin yeni rəisi general Mirqafar Seyidovun paytaxt rayonlarının polis idarələrində apardığı yoxlamalar rəislərin narahatlığına səbəb olub. Qeyd edək ki, Mirqafar Seyidov Səbail və Nərimanov rayon polis idarələrinə şikayətçi kimi gedib.
Hər iki polis idarəsində generalı tanımayıblar. Eyni zamanda bəlli olub ki, adıçəkilən polis idarələrində şikayətçiləri dinləməyə həvəs göstərmirlər. Hələlik bu idarələrdə kimlərin cəzalandırılması barədə bilgi yoxdur. Lakin məlumatlara görə, Mirqafar Seyidov hər iki polis idarəsinin rəhbərliyi barədə tədbir görəcək.
Yeni məlumatlara görə isə digər rayon polis idarələrinin rəisləri bu yoxlamalardan təşvişə düşərək maraqlı üsula əl atıblar. Onlar Mirqafar Seyidofun fotosunu növbətçi hissəyə təqdim ediblər. Ki şikayətə gələn şəxsin Mirqafar Seyidov olub-olmamasını asan müəyyənləşdirə bilsinlər.