Prezident İlham Əliyev Gəncə Avtomobil Zavodu işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.
Sərəncamda qeyd edilir ki, "Gəncə Avtomobil Zavodunun işə salınmasının 10 illiyi ilə əlaqədar olaraq, səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Məmmədov Həmzə Hüseyn oğlu
Məmmədov Vahid Firuddin oğlu
Muradov Zahid Bəhrəm oğlu".
***
İlham Əliyev həmçinin F.M.Süleymanova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: "Gəncə Avtomobil Zavodunun işə salınmasının 10 illiyi ilə əlaqədar olaraq, səmərəli fəaliyyətinə görə Fəxrəddin Muradəli oğlu Süleymanova “Əməkdar mühəndis” fəxri adı verilsin".