Sarkisyanın kitabı bağlandı

21-11-2014, 20:00   
Sarkisyanın kitabı bağlandı
Putinin təsdiq etdiyi sənəd yanvarın 2-dən qüvvəyə minir

Region Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulması yanvar ayında təsdiqlənəcək.

bu barədə Rusiya Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilən xəbərdə bildirilir.

Məlumatda qeyd olunur ki, Ermənistanın AİB-ə üzv olması ilə bağlı anlaşma Rusiya prezidenti Vladimir Putinə təqdim edilib.

Sənəddə bildirilir ki, Ermənistanın Birliyə üzv olması ilə bağlı anlaşma 2015-ci il yanvar ayının 2-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Ermənistanın Birliyə üzv olması prezident Sarkisyanın uğursuz siyasət yürütməsi ilə əlaqələndirilirdi. Erməni mətbuatında bununla bağlı məqalələr dərc edilmişdi. Hətta bildirilirdi ki, Sarkisyan nəhayət ki, evləndi.

Ölkənin Birliyə qoşulması xalqı da ayağa qaldırmışdı, kütləvi etiraz aksiyaları keçirilmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.